Avropanın ən fəal vulkanı Etna yenidən püskürüb.Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, İtaliyanın Siciliya adasında yerləşən dağ bir müddət əvvəl fəallığını artırıb.Seysmoloqlar vulkandan çıxan kül buludunun 4 kilometr hündürlüyə qədər sovrulduğunu məruzə ediblər.Dağın ətəyindən süzülən lavanın əmələ gətirdiyi mənzərə isə, dəhşətli olduğu qədər möhtəşəm görüntülərin də yaranmasına səbəb olub.
Mənbə: Milli.Az