Qadin.NET / Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün məşqlər

Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün məşqlər

 

Gözlər əzələlər sayəsində işləyir. Əzələləri isə mütəmadi məşq elətdirmək lazımdır ki, formada olsun. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, göz məşqlərini səhər və axşam yuxudan sonra etmək lazımdır. Məşqləri edərkən gözlüyü və ya linzanı çıxarmağı unutmayın. 

Pəncərədən baxmaq
Pəncərə şüşəsində bir nöqtə çəkirik. Pəncərədən uzaqda bir obyekt seçirik. Diqqəti nöqtəyə və kənardakı obyektə yönəldərək bu prosesi 2-3 dəqiqə davam etdiririk. Bir nöqtəyə, bir də uzaqdakı obyektə fokuslanırıq. 
Masaj
"Qorxmuş adam baxışı" yaradırıq. Düz əyləşirik. Gözümüzü 5 saniyə ərzində möhkəm sıxırıq, sonra isə geniş açaraq 5 saniyə elə saxlayırıq. Bunu 8-10 dəfə təkrarlayırıq. 
Hidromasaj 
Gündə iki dəfə - axşam və səhər gözümüzü nəmləndiririk. Səhər tezdən isti su ilə, ardınca isə soyuq su ilə yuyuruq. Axşam isə əksinə edirik. Yuxudan öncə birinci soyuq su ilə, sonra da isti su ilə yuyuruq. 
Rəsm çəkmək 
Bu göz üçün ilkin yardımdır. Gözümüzü bir neçə dəqiqəlik yumuruq, xoş bir şey təsəvvür edirik. İsti ovuclarla gözümüzün üstünü örtürük. 
Gözlə atəş
- Yüksək amplituda ilə yuxarı və aşağı baxırıq. 
- Saat əqrəbi və əks istiqamətində gözün bəbəklərini hərəkət etdiririk.
- Baxışımızla kvadrat çəkirik. 
- Baxışla romb çəkirik. 
- Gözlə bant çəkirik.

Mənbə: Milli.Az

 

Görmə qabiliyyətini yaxşılaşdırmaq üçün məşqlər
17 iyun 2014
GO BACK