İstanbulda təxminən 40 dəqiqə davam edən leysan nəticəsində şəhərin prospekt və küçələri su altında qaldı.ANS PRESS-in məlumatına görə, şəhərin Ataşehir və Kadıköy səmtlərində dərələr daşdı. Yollardakı sellər üzündən sürücülər çətin anlar yaşadı, tıxaclar yarandı. Günortadan sonra başlayan leysan yağış İstanbulun Anadolu hissəsində daha güclü olub. Ataşehirdəki bəzi dərələr, Kadıköydəki Kurbağalıdərə daşıb, prospekt və küçələr gölə dönüb.Kurbağalıdərə daşdıqdan sonra bəzi iş yerlərini su basdı. Polis mərkəzinə sığınan bir qadın turistin köməyinə iş adamları yetişdi. Özünü təhlükəyə atan iş adamı qadın turisti kürəyinə alaraq yolun o biri tərəfində keçirdi.
Mənbə: ANS PRESS