Qadin.NET / Ağıllı fincan hazırlanır

Ağıllı fincan hazırlanır

ABŞ-ın “Vessyl” startapı eyni adlı “ağıllı” fincanını nümayiş etdirib. Fincan onun içərisinə tökülən mayenin tip və tərkibini təyin edə bilir. İstehsalçılar bildiriblər ki, fincan, demək olar, bütün içki növlərini əla təyin edir. Bundan başqa fincan istənilən içkidə kalori, şəkər, kofein, natriumun tərkibi haqda məlumat verə bilər.Milli.Az İct nevs-a istinadən bildirir ki, bütün informasiya fincana inteqrasiya edilmiş displey-indikatorda göstərilir, həmçinin “iOS” və “Android” sistemi ilə işləyən smartfonlara ötürülə bilər.Fincan zərbəyə davamlı materialdan hazırlanıb və ləkələrə qarşı dayanıqlıdır. “Vessyl” fincanı 30 dəqiqə ərzində enerji toplayır, bundan sonra 5-7 gün avtonom işləyir. “Ağıllı” fincan 2015-ci ilin əvvəlində 199 dollara satışa çıxarılacaq.

Mənbə: Milli.Az
16 iyun 2014
GO BACK