Qadin.NET / Ceylanı dərk etməyin 15 yolu

Ceylanı dərk etməyin 15 yolu

Nuri Bilgə Ceylanın Kannda “Qızıl palma mükafat”ı qazanan “Qış yuxusu” filmi bu həftə kinoteatrlarda nümayiş olunmağa başlayıb. Amma Ceylanın filmləri tez-tez darıxdırıcı, uzunçu və anlaşılmaz adlandırılıb, tənqidlərə məruz qalıb. Görəsən, doğurdanmı onu başa düşmək bu qədər çətindir?

1.Niyə Ceylan filmlərinə baxanda “A, necə gözəl mənzərədir, elə bil fotodur” deyirik?

Çünki kino ilə tanış olmazdan əvvəl, hələ məktəb illərindən Ceylan foto çəkməyə başlayıb. 1978-ci ildə Boğaziçi universitetinin “Elektrotexnika” fakültəsinə qəbul olunduqdan sonra burada foto kurslarına yazılıb. Universitet illərində pul qazanmaq üçün şəxsiyyət vəsiqələri üçün şəkillər çəkib. 
2.Filmlərinə sızan yazıçı kimdir?Nuri Bilgə demək olar ki, hər filmində Anton Çexovu “salamlayır”. Yaradıcılığının ilk illərində çəkdiyi “Qəsəbə” filmi böyük rus yazıçısına ithaf olunub. Müsahibələrində rus ədəbiyyatına və Çexova heyran olduğunu gizlətmir. 
3.Ən az izlənən filmi hansıdır?
İlk tammetrajlı filmi “Qəsəbə”ni cəmi 7 min 422 nəfər izləyib. 
4. Niyə ilk filmlərinə ancaq dost-tanışlarını çəkib?
Ceylanın ilk filmlərində ailə üzvləri və yaxın dostları çəkilib. Maddi çətinliklərlə üzləşən rejissorun yaxınlarına üz tutmasının səbəbi həm də kastinqləri sevməməsi və yeni insanlarla tanış olmaqdan çəkinməsi olub.
5.Nə vaxt peşəkar olub?“Üç meymun”dan sonra rejissor dost-tanışla sağollaşıb və peşəkar aktyorlarla işləməyə başlayıb.Filmdə Haticə Aslan, Ahmet Rıfat Şunqar, Yavuz Bingöl kimi məşhur simalar çəkilib.
6. Tarkovskini tanıyırsansa Nuri Bilgəni daha yaxşı başa düşəcəkən?
Ceylan filmlərini izləyərkən qeyri-ixtiyari Tarkovski, Antonioni, Berqman və Bresson kimi ustadları xatırlayırsan.
7. Ceylan filmlərindən yarımçıq çıxmaq olar?
İngilis jurnalisti Met Boşenskiyə verdiyi müsahibəsində Ceylan etiraf edib: “Solaris”ə ilk dəfə baxanda Tarkovskini tanımırdım. Universitetimizdə nümayiş olunanda izlədim və filmi başa düşməyib yarımçıq çıxdım. Amma Londonda yaşadığım və gündə 2-3 film izlədiyim vaxtlarda “Solaris”ə yenidən baxdım, çox təsirləndim və günlərlə yadımdan çıxmadı”.
Yəni, Nuri Bilgə filmlərindən də yarımçıq çıxmaq olar. Amma sonra mütləq yenidən izləyin, o filmlərə ikinci şans verin.
8. Almaların mənası nədir?
“Bir zamanlar Anadoluda” filmində suya düşən almalar əsl müzakirə mövzusuna çevrilib. Daha sonra bu səhnənin ssenaridə olmadığı, çəkiliş vaxtı Ceylan hamının yediyi alma ağacının altında bu səhnəni çəkmək qərarına gəldiyi məlum olub. İndi almalarla bağlı mistikanın nə olduğunu Ceylandan başqa heç kim bilmir. 
9. “Gəzi” hadisələrində mövqeyi necə olub?
“Qızıl palma budağı”nı almaq üçün səhnəyə çıxan Ceylan mükafatı “Ötən il Türkiyədə həlak olan gənclərə ithaf edirəm” deyib. Ceylan Gəzi hadisələri zamanı Twitter hesabında iqtidarın etdiklərini dəstəkləmədiyini açıq şəkildə bildirib.
10. Nə zaman danışıb?
Filmlərində hökm sürən səssiz və uzun pauzalar son filmində hərarətli diyaloqlarla əvəz olunub. Ceylan “Qış yuxusu”nda sükutu pozub. 
11. Filmlərindəki ən açıq-saçıq səhnə hansıdır?
Ceylan filmlərində sekslə bağlı ən açıq səhnə “İqlimlər”də özünün canladırdığı obrazın Nazan Kesalın qəhrəmanıyla zorla sevişdiyi andır. 
12. Nə vaxtsa özü münsif kürsüsündə əyləşibmi?
2009-cu il, 62-ci Beynəlxalq Kann kinofestivalında rejissor bu şərəfə nail olub. 
13. Kannda smokinq, İstanbulda cins
Nuri Bilgənin ünvanına səslənən əsas tənqidlərdən biri də Kanndakı mükafatlandırma mərasimlərinə smokinq, Türkiyədəki tədbirlərə isə idman üslubunda geyinməsidir. Hətta bir dəfə Kino Yazarları Dərnəyinin mükafatlandırma mərasiminə sviter və cinsdə qatılan Ceylan əsl qalmaqal yaradıb. Dərnək səslənən tənqidlərə belə cavab verib: “Biz onu geyimlərinə görə deyil, filmlərinə görə mükafatlandırırıq”. 
14. Fİlmləri nə qədər izlənilib?
Ceylanın bu günə qədər nümayiş olunan altı filmini (“Qəsəbə”, “May sıxıntısı”, “Uzaq”, “İqlimlər”, “Üç meymun” və “Bir zamanlar Anadoluda”) ümumilikdə 309 min 951 nəfər izləyib. 
15. Sənətçinin vəzifəsi nədir?
Ceylanın fikrincə, əgər sənətçinin bir vəzifəsi varsa, o da sosial məsələlərə diqqət çəkməkdən çox, yaşadığı mədəniyyətin içində çatışmadığını hiss etdiyi insani hissləri oyatmaq və mənəvi iqlim yaratmqdır.
Mənbə: Milli.Az
16 iyun 2014
GO BACK