İdman qurğusu 2015-ci ilin əvvəllərində siyəzənli idmansevərlərin istifadəsinə veriləcək Şimal bölgəsində ilk dəfə Siyəzəndə alternativ enerji ilə işləyən idman qurğusu inşa olunur. Tikinti yekunlaşandan sonra idman qurğusunun damında günəş batereyaları quraşdırılacaq.Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, idman qurğusunun tikintisinə 2013-cü ilin noyabr ayından başlanılıb. Tikinti Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sifarişi ilə həyata keçirilir. 3 mərtəbədən ibarət binada inzibati otaqlar və çoxfunksiyalı idman zalı yerləşəcək. Artıq binanın bünövrəsi hazırdır və 1-ci mərtəbənin hörgü işləri görülür. Bu idman qurğusu yalnız günəşdən alınan enerji hesabına işləyəcək.
İdman qurğusu 2015-ci ilin əvvəllərində siyəzənli idmansevərlərin istifadəsinə veriləcək.
Mənbə: Milli.Az