Qadin.NET / Şumaxer ayıldı və xəstəxanadan çıxdı

Şumaxer ayıldı və xəstəxanadan çıxdı

Mixael Şumaxer komadan ayılıb və xəstəxanadan çıxıb. Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, bu barədə Şumaxerin meneceriSabina Kem mətbuata açıqlama verib.Onun sözlərinə görə, Şumaxerin tamamilə sağalması üçün o, reabilitasiya mərkəzinə yerləşdirilib. “Onun ailəsi Qrenobl xəstəxanasında çalışan bütün həkimlərə, tibb bacılarına, terapevtlərə təşəkkür edir”, - Sabina Kem deyib.Xatırladaq ki, "Formula-1" yarışları üzrə 7 qat dünya çempionu Mixael Şumaxer ötən il Alp dağlarında xizək sürərkən yıxılaraq başı qayaya dəymiş və komaya düşmüşdü.

Mənbə: Milli.Az

16 iyun 2014
GO BACK