Qadin.NET / Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız

Barak Obamanın mükafatlandırdığı azərbaycanlı qız

Azərbaycanlı gənclərin nailiyyətləri, əlbəttə ki, hər birimizi sevindirir. Xarici ölkələrdə təhsil alan gənclərimizin vətəni layiqli şəkildə təmsil etmələri, üstəlik böyük insanların adları ilə aldıqları diplomlar Azərbaycan üçün qürur mənbəyidir. Milli.Az-ın Ans Press-ə istinadən məlumatına görə, 2007-ci ildə 5 yaşı olarkən Amerikan təlimli “Baku İnternational School" (BİS) məktəbində təhsil almaq şansı qazanan, 4-cü sinifdən “The İnternational School of Azerbaijan" (TİSA) məktəbində təhsilini davam etdirmək fikrinə düşən Muna Musayeva iki dəfə ABŞ-in prezidentiBarak Obama tərəfindən fəxri diplomla mükafatlandırılıb. Bu il 6-cı sinifi bitirən Muna yaşının az olmasına baxmayaraq 2009 və 2010-cu ildə təhsil aldığı məktəb rəhbərliyi tərəfindən bilikləri yüksək qiymətləndirilərək sənədləri Amerikaya göndərilir. Daha sonra isə azərbaycanlı qızın bilikləri yoxlanılıb və Barak Obamanın imzası ilə mükafata layiq görülür. Oxuduğu müddətdə daima digər yoldaşları arasında dərsə davamiyyəti, hazırcavablığı ilə fərqlənib. O, eyni zamanda məktəbin müəllim heyətinin rəğbətini qazanıb. Dərslərdə göstərdiyi yüksək intellektual bilik və bacarığı nəticəsində hər zaman digərlərlərindən seçilməyi bacarıb. Müəllimlər bir neçə il öncə onun savadını 14-15 yaşlı şagirdin biliklərindən daha yüksək olduğunu sənədləşdirib valideynlərinə təqdim ediblər. Ana dilindən əlavə ingilis, fransız və rus dillərində sərbəst danışan 12 yaşlı Muna asudə vaxtlarında da səmərəli işlərlə məşğul olmağı üstün tutur. O, az yaşlarında karate ilə də peşəkarcasına məşğul olub və yarışlarda qalib olaraq qara kəmər alıb.Ev heyvanlarına qarşı biganə olmayan Muna ötən il heyvanların qorunması üçün layihə hazırlayıb təklif irəli sürərək hər kəsi onlara kömək olmağa çağırıb. Məktəbi bitirdikdən sonra xarici ölkədə ali təhsil almaq fikrində olan Muna universiteti bitirdikdən sonra insanların dərdlərini bölüşmək, onların problemlərini üzə çıxarmaq, cəmiyyətə çatdırmaq istəyən savadlı jurnalist olmaq arzusunda olduğunu bildirib.

Mənbə: Milli.Az

16 iyun 2014
GO BACK