Yay günlərində havaların anidən dəyişməsi yuxarı tənəffüs yolu infeksiyalarına səbəb olur.Səhər evdən çıxarkan hava sərin olur, üzərinizə üst geyim götürürsünüz. Günorta isə isti olur və tərləyirsiniz. Axşam isə hava yenə soyuyur. Bu hava dəyişkənliyi insan bədənindəki istilik tənzimləməsini korlayır. Bu dövrdə burun axması, astma, bronxit kimi xəstəliklərə daha çox rast gəlinir.Qulaq, burun-boğaz xəstəlikləri üzrə mütəxəssislər belə günlərdə qidalanmaya və geyimə diqqət edilməsinin vacibliyini vurğulayırlar.Uşaq və hamilə qadınların bu dövrdə özlərinə daha çox diqqət etmələri lazımdır. Hamilələr, şəkər xəstəsi olanlar və uşaqlar gecə normal yatmalı, geyimlərinə diqqət etməli, bol maye qəbul etməli və xüsusilə siqaret istifadəsindən uzaqlaşmalıdırlar.
Mənbə: Mili.Az