İspaniyanın "Real" (Madrid) klubunun və Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldu indi fiziki hazırlığın pik nöqtəsindədir. Braziliyada keçirilən DÇ-2014-də Portuqaliya yığmasının heyətində oynayan Ronaldu intensiv məşqlər edir.Milli.Az A Bola-ya istinadən bildirir ki, futbolçunun gündəlik məşqləri daha da intensivləşib.O, matçlarda tullanarkən Amerika Milli Basketbol Assosiasiyasındakı (NBA) basketbolçularla müqayisədə daha hündürə qalxır.Kriştianu Ronaldunun fiziki hazırlıq səviyyəsini dəyərləndirən ekspertlərin dediklərinə görə, onun bədənindəki piy miqdarı məşhur model Rozi Hantinqton-Uaytli ilə müqayisədə daha azdır."Sağlam qidalanıram və tərkibində zülallarla karbohidratlar çox olan yeməklər yeyirəm. Üstəlik, hər gün 8 saat yatıram. Bu səbəbdən də orqanizmimdə enerji çoxdur", - K.Ronaldu deyib.