Qadin.NET / Qarpızla 1 həftəyə 5 kilo arıqla

Qarpızla 1 həftəyə 5 kilo arıqla

 

Qarpızla 1 həftəyə 5 kilo arıqla

İstilərin başlaması arıqlamaq istəyənlərin də pəhriz siyahılarına göz gəzdirməsinə səbəb olub. Yay aylarında qısa müddətdə çox çək atmağa kömək edəcək pəhrizlər isə hamın daha çox maraqlandırır. Son zamanlar daha çox tanınan 1 həftədə 5 kiloqram çəki atmağa kömək edən qarpız pəhrizi bunlardan biridir. Ailem.az arıqlamaq istəyənlər üçün qarpız pəhrizini təqdim edir.Qarpız pəhrizi yay aylarında qarpız-pendirdən əl çəkmək istəməyənlər üçün əla seçimdir. 1 həftə boyunca riayət edəcəyiniz bu pəhrizin 92 faizini su tərkibli qarpız təşkil edir. Qarpız pəhrizində səhər yeməyi üçün 1 dilim qarpız, 30 qram pendir və 1 dilim çörək  yeməlisiniz. Nahar və şam saatlarında protein miqdarını artırmaq üçün ət, toyuq, balıq  və ya göbələk yeyə bilərsiniz. Qəlyanaltı olaraq isə 1 dilim pendirlə 1 dilim qarpız yeyin.Araşdırmalara görə, qarpız pəhrizi 1 həftədə 5 kilo atmanıza kömək etsə də, parlaq nəticələnə bilməz. Bu pəhrizə uyğun olaraq gündəlik qəbul ediləcək kalori miqdarı 900 olmalıdır. Bu da normal qəbul ediləcək kalori miqdarından çox azdır. Bu, maddələr mübadilənizi yormanıza və pəhrizi dayandırdıqdan sonra həddən çox çəki almanıza səbəb ola bilər.

 

Bu pəhriz zamanı itirəcəyiniz su, əzələ kütləsi olarsa, pəhrizin sizə faydasından çox zərər verdiyini bilməlisiniz.Qarpızın faydası var, amma...Likopedin, A vitamini və karetenoidlərdən ibarət olan qarpızın sizə faydalı olduğunu bilsəniz də, onun şəkərli meyvə olduğunu unutmayın. Pəhriz zamanı bəzən sadəcə qarpız yemək, qan təzyiqinizin sürətlə qalxıb düşməsinə, özünüzü həddən çox ac hiss etmənizə səbəb ola bilər. Bu, xüsusən şəkər xəstəsi olanlar üçün təhlükəli ola bilər. Şəkər, böyrək xəstəsi olan, ürək damar xəstəliyi olanlar, hamilə, süd verən analar, yeniyetmələr və uşaqlar bu pəhrizi saxlamamalıdır.Bu cür pəhrizlərə riayət etmədən əvvəl dietoloqla məsləhətləşməniz vacibdir. Unutmayın, sağlamlığınız tərəzidə göstərən rəqəmdən daha vacibdir. Çəki atarkən sağlamlığınızı da qoruyub saxlamaq istəyirsinizsə, sağlam qala biləcəyiniz nizamlı bir pəhriz proqramını tətbiq edin.

Mənbə: Milli.Az

16 iyun 2014
GO BACK