Satao dünyanın ən məşhur fili sayılırdı. Keniyadakı Şərqi Savo Milli Parkında (Tsavo East National Park) yaşayan bu filin dişləri o qədər böyük idi kmi, yerə çatırdı.45 yaşlı erkək filə baxmaq üçün hər ay on minlərlə turist Savoya axın edirdi.Lakin brakonyerlər Sataonu öldürüblər.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, brakonyerlər Sataonu zəhərli oxla vurublar, sonra da dişlərini kəsib aparıblar.Keniyada son iki ayda brakonyerlərin 63 fil öldürdükləri deyilir.
Ötən ildə isə Afrikada 20 min fil qətlə yetirilib.
Mənbə: Milli.Az