Milli.Az Azər tac-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir tutulacağı gözlənilir.Temperatur gecə 17-21°, gündüz 28-33° isti, Bakıda gecə 19-21°, gündüz 30-32° isti olacaq.Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 45-50 faiz təşkil edəcək.Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zuğulba,Mərdəkan, Şüvəlan, Buzovnada 21-22°, Türkan, Hövsan, Şıx və Sahildə 22-23° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı
gözlənilir.Temperatur gecə 14-19°, gündüz 28-33° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 8-13°, gündüz 21-26° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındaəsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Temperatur gecə 15-20°, gündüz 20-30° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 13-18°, gündüz 23-28° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.Temperatur gecə 18-21°, gündüz 24-29° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.
Mənbə: Milli.Az