Qadin.NET / Aclıq olsun, kef olsun?

Aclıq olsun, kef olsun?

 

Cənubi Kaliforniyadan olan tədqiqatçılar unikal kəşf ediblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların dediklərinə görə, məhdud müddətə aclıq immun sisteminin bəzi pozuntularını aradan qaldıra bilər.Yeməkdən dörd gün müddətinə imtina kök hüceyrələri aktivləşdirir, bu isə qanda leykositlərin səviyyəsini qaldırır və beləliklə immun sisteminin regenerasiya mexanizmləri işə düşür. Bu, orqanizmin aclıq şəraitində maksimal səviyyədə enerjini qorumaq cəhdi ilə izah olunur. Bu prosesdə zəif və zədələnmiş immun hüceyrələri məhv olur. Əgər əvvəllər həkimlər xəstə və yaşlı insanlara ac qalmağı qadağan edirdilərsə, indi hətta onkoloji xəstələrə qısamüddətli aclıq seansları məsləhət görülür. Təcrübələr zamanı sübut olunub ki, qidadan müvəqqəti imtina kimyaterapiyanın orqanizmə pis təsirlərini azaldır. 
Mənbə: Milli.Az

 

16 iyun 2014
GO BACK