Qadin.NET / Tənbəlliyin səbəbi xasiyyət deyil

Tənbəlliyin səbəbi xasiyyət deyil

Yaşlı insanlar arasında qanda xolesterolu azaldan preparatlardan istifadə getdikcə populyarlaşır. Bu dərmanların tərkibində statin var. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, statin xolesterini azaldır və nəticədə infarkt və insult riski də azalır. Eyni zamanda da insanda tənbəllik yaradır, yəni fiziki aktivliyi azaldır. Statindən istifadənin yan təsirləri əzələ ağrılarıdır. Məhz elə bu səbəbdən də canının ağrımasını istəməyən adam az hərəkət edir. Statinlə müalicə kursu keçən insanlar kursun lap başlanğıcında zəiflikdən, enerjinin azalmasından, yorğunluqdan şikayət edirlər. Orta hesabla aktivlik həddi gündə 40 dəqiqəyə enir, bu isə yaşlı insanın 2,5 saat yavaş-yavaş gəzintisinə bərabərdir. Bu səbəbdən alimlər həkimlərə statin qrupu olan preparatları təyin etməkdə tələsməməyi məsləhət bilirlər.

Mənbə: Milli.Az

15 iyun 2014
GO BACK