Qadin.NET / Bakteriyalarınızı çalışdırın

Bakteriyalarınızı çalışdırın

Fiziki aktivliyin insan sağlamlığına təsirindən az danışılmayıb. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, İrlandiya Universitetinin alimləri aktiv həyat tərzinin daha bir üstün cəhətini aşkarlayıblar. Təcrübə göstərib ki, müntəzəm olaraq idmanla məşğul olan adamların mədə-bağırsaq sistemində faydalı bakteriyalar daha aktiv çoxalır. 40 peşəkar reqbi oyunçusu və 46 idmanla məşğul olmayan kişinin qanı yoxlanılıb. İdmançıların qanında ən az iltihab markeri və daha yaxşı metabolik profil aşkarlanıb. Həmçinin onların qanında piylənməyə qarşı olan Akkermansiaceae bakteriyasının miqdarı yüksək səviyyədə olub.  Beləliklə, qapalı dairənin sirri aşkar olur: məşqlər olmayanda faydalı bakteriyaların miqdarı azalır, nəticədə adam kökəlir və immuniteti də zəifləyir, bundan sonra isə idmanla yenidən məşğul olmaq çətinləşir. 

Mənbə: Milli.Az

15 iyun 2014
GO BACK