Qadin.NET / Çin balqabağının nəyi yaxşıdır?

Çin balqabağının nəyi yaxşıdır?

Çinlilərin çox məhsuluna adamlar barmaqarası baxır, rişxənd edirlər. Ancaq bu, çox vaxt söhbət istehsal məhsulundan getdiyi zaman doğrudur. Acı çin balqabağını təbiət yetişdirdiyindən ona qarşı belə münasibət bir az haqsızlıq olar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, qərbli mütəxəssislər Asiyada geniş yayılan acı çin balqabağının unikal keyfiyyətləri olduğunu deyirlər. Xüsusən, tərkibindəki beta-karotin göz xəstəliklərindən qoruyur. Bundan başqa, o, müxtəlif respirator xəstəliklərdə də faydalıdır. Alimlərin bildirdiklərinə görə, acı balqabaq, bal və isti sudan hazırlanan içki astma, faringit və bronxit tutmalarında çox xeyirlidir.  Balqabağın şirəsi sərxoşluqdan sonra baş ağrısını götürür, enerjini və bədəninin dözümlülüyünü artırır. Spirtli içkinin evini yıxdığı qaraciyəri də bu bitki sağaldır. Həmçinin immuniteti artırır və orqanizmi müxtəlif infeksiyalardan qoruyur. Elmi adı momordika xaransiya olan bitkinin diabet əleyhinə xüsusiyyətləri də var: qanda şəkəri azaldır və antioksidant təsir göstərir. Mədə-bağırsaq sistemi üçün də əladır: həzmi yaxşılaşdırır, bağırsaq peristaltikasını artırır, qəbizliyi aradan götürür.

Mənbə: Milli.Az

15 iyun 2014
GO BACK