Qadin.NET / İlk beşlikdə iki yenilik var

İlk beşlikdə iki yenilik var

 

Digitimes Research ekspertləri bildiriblər ki, qlobal smartfon bazarında Samsung Electronics və Apple şirkətləri liderlik edir. Onların qiymətləndirməsinə görə, 2014-cü ilin birinci rübündə ABŞ və Cənubi Koreya nəhəngləri ağıllı telefonların qlobal tədarük həcminin 50%-ni təmin ediblər. Bu göstərici üzrə üçüncü yerdə LG Electronics, dördüncü və beşinci yerlərdə isə Xiaomi Technology və Coolpad şirkətləri qərarlaşıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, analitiklər bildiriblər ki, Xiaomi şirkəti ötən rübdə yüksək artım tempi nümayiş etdirib və bunun sayəsində Digitimes Research reytinqində dördüncü olub. Coolpad şirkətinə gəlincə, mütəxəssislərin fikrincə, 4G smartfon seqmentinə daha erkən köklənmə bu nəticəyə səbəb olub.Tədqiqatda dünya smartfon istehsalçılarının TOP-5-də olmayan bir neçə şirkətin adı da xatırlanıb. Onlardan biri müəyyən bazarlara hesablanmış yeni modellərinin buraxılmasına baxmayaraq mövqeyini itirməyə davam edən BlackBerry şirkətidir.Analitiklər hesab edirlər ki, məhsulun texniki xarakteristika və qiyməti arasında uyğunsuzluq BlackBerry-nin tənəzzülünə səbəb kimi göstərilə bilər.
Mənbə: Milli.Az

 

16 iyun 2014
GO BACK