Qadin.NET / Gənc qadınlara o ətdən olmaz

Gənc qadınlara o ətdən olmaz

 

Qırmızı ət döş xərçəngi yaradır Harvard alimləri gənc xanımlara qida rasionlarına diqqət etməyi məsləhət bilirlər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onlar xüsusilə qırmızı ətin miqdarını azaltmağı tövsiyyə edirlər. Tədqiqatlar göstərib ki, mal, qoyun, donuz və s. qırmızı ət məhsulları yeyən insanlarda ən tez rastlanan xəstəlik bağırsaq xərçəngidir. Qadınlar isə daha çox xərçəng əsiri olurlar, özü də onun başqa növünə yoluxurlar.Harvardlı mütəxəssislər 24-43 yaşlı 89 min qadını müşahidə ediblər. Onların bostonlu həmkarları isə daha 3000 qadının qida rasionunu incələyiblər. Nəticə belə olub ki, qırmızı ət yeyən qadınlarda süd vəzinin xərçəngi daha çox rast gəlinir.Bununla eyni zamanda Oksford Universitetinin epidemioloqu Tim Ki bildirir ki, yalnız qırmızı ətdən imtina etməklə döş xərçəngini önləmək mümkün deyil.O deyir ki, normal çəkinin saxlanması, müntəzəm və qədərində fiziki aktivlik, spirtli içkilərdən imtina, qırmızı ət yerinə toyuq, balıq, paxlalılar və qoz-fındıq yemək xəstəliyin profilaktikası üçün əladır. Onun bu hipotezini Oksford Universitetinin xərçəng epidemiologiyası departamentinin direktoru professor Beral da təsdiqləyir. O deyir ki, qida rasionu ilə döş xərçənginin inkişafı arasındakı birbaşa əlaqə artıq onlarla test vasitəsilə sübut olunub.Mütəxəssislərin rəyincə, insanlara ən çox zərər yüksək temperaturda emal edilmiş qırmızı ətdən (kabab, qril) gəlir. Onu daha çox buxarda bişirmək, qaynatmaq, gündəlik 90 qram əvəzinə 70 q qırmızı ət yemək ciddi xəstəlikləri önləyə bilər.
Mənbə: Milli.Az

 

15 iyun 2014
GO BACK