Qadin.NET / Tozlu yollarda çılpaq qaçan uşaq…

Tozlu yollarda çılpaq qaçan uşaq…

 

… heç də həmişə xəstə olmur Çünki sterilliyə cəhd uşağın immunitetini məhv edir.London və Kembric universitetinin həkimləri valideynlərə xəbərdarlıq ediblər. "Sensasiyalı bəyanat" kimi qəbul edilən xəbərdarlıqda deyilir ki, valideynlərin ideal təmizlik həvəsi onların övladlarının tez-tez xəstələnmələrinə səbəb olur. Uşağın istənilən (o cümlədən) faydalı bakteriyalardan maksimal izolə edilməsi onda allergiya riskini artırır. Ev heyvanı saxlamağı, uşağa elə də təmiz olmayan döşəmədə sürünməyə icazə verməyi, açıq havada gəzməyi həkimlər faydalı hesab edirlər. Bundan başqa, analara uşaqlarını dəfələrlə öpmələrini, hətta onların əmziklərini ağızlarına salıb çıxarmalarını də tövsiyyə edirlər. Xüsusi tədqiqat göstərib ki, uşaqlara verməzdən əvvəl əmziyi öz ağızlarına salan anaların övladlarında astma və ekzemaya üç dəfə daha az rast gəlinib. Bunu alimlər belə izah edirlər ki, ananın ağız suyundakı bakteriyalar uşağın ağzına, sonra isə bağırsağına keçir, həmçinin immunitetin artmasına yardımçı olur. Uşaqlarda son dövrlər immunitet zəifliyini alimlər qeysəriyyə əməliyyatlarının artması, ana südü əvəzinə süni qidadan istifadə, həmçinin antibiotiklərin geniş tətbiqi ilə əlaqələndirirlər. Həmçinin həddən artıq təmizlik həvəsi həkimlərin tənqidinə səbəb olur: orqanizmimizdə, ətraf mühitdə yaşayan bakteriyalar körpənin immunitetinin formalaşmasında vacib rol oynayır. Təbii ki, bu, gigiyenanı tamamilə məhv edin anlamına gəlmir. Hər şey norma daxilində olmalıdır. 
Mənbə: Milli.Az

 

15 iyun 2014
GO BACK