Dünya çempionatının ilk qırmızı vərəqəsi qeydə alınıb.Milli.Az ANS PRESS-ə istinadən bildirir ki, Braziliyada keçirilən futbol üzrə dünya çempionatında “D” qrupunun ilk matçı olan Uruqvay ilə Kosta-Rika komandaları qarşılaşmasında ilk qırmızı vərəqə göstərilib. Meydandan qovulan ilk futbolçu isə uruqvaylı Maksi Pereyra olub.O, Kosta Rika ilə matçın 90+4-cü dəqiqəsində qırmızı vərəqə alıb. Qarşılaşmanın alman hakimi Feliks Brix Pereyranı meydandan Uruqvay 1:3 hesabı ilə uduzan zaman meydandan qovub. Matç bu hesabla da başa çatıb.Qeyd edək ki, dünya çempionatının ilk sarı vərəqəsi və qolu braziliyalı Neymarın, ilk avtoqolu onun komanda yoldaşı Marselonun aktivindədir.
Mənbə: Milli.Az