"Honda" şirkəti 1 milyondan artıq maşını geri çağırır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə Reuters agentliyi şirkətin nümayəndəsinə istinadən məlumat verir. Buna səbəb kimi təhlükəsizlik yatsıqlarında olan problemlər göstərilir. Bir qədər əvvəl analoji problemə görə Toyota avtokonserni eyni addımı atmalı olmuşdu. Hər iki halda məlum olub ki, avtomobillərin geri çağırılması Takata Corp. şirkətinin hazırladığı təhlükəsizlik yastıqları səbəbindən baş verir. Geri çağırılan Honda-ların sayı 1,2 milyondan çox ola bilər.Bildirilir ki, iri yapon avtomobil şirkətlərinin maşınlarının geri çağırılması Yaponiyanın nəqliyyat nazirliyinin tələbi ilə həyata keçirilir. Bu siyahıda Honda ilə yanaşı, Nisan və Mazda da var. Onların hər birinə zay avtomobillərin həcmini müəyyən etmək tapşırılıb. Bir qədər əvvəl Amerikanın Yüksəksürətli Trafikin Təhlükəsizliyi Milli İdarəsi
(National Highway Traffic Safety Administration) bildirmişdi ki, Honda, Toyota, Nisan, Mazda və Fiat şirkətinə məxsus Chrysler qrupunun hazırladığı milyondan çox avtomobilin təhlükəsizlik məsələsini araşdıracaq. İdarə bu qərara adıçəkilən istehsalçıların avtomobillərində təhlükəsizlik yastıqlarında problem olduğu barədə 6 məruzə daxil olduqdan sonra gəlib.
Mənbə: Milli.Az