Miladi: 15 iyun 2014
Hicri: 17 şaban 1435
İlin 166-cı günü
İlin sonuna 199 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.40
Günəş - 06.10
Zöhr - 13.45
Əsr - 18.24
Məğrib – 21.28
İşa – 23.15
1389-cu ildə Osmanlı dövləti Serb və Bosniyayla müharibədə qələbə qazanıb
1722 - Çar I Pyotr Azərbaycanın Şirvan və Xəzəryanı bölgələrinin əhalisinə bəyannamə ünvanlayıb. Bəyannamədə Xəzər regionuna yürüş edən rus qoşunlarının yerli əhaliyə qarşı pis niyyət güdmədiyi iddia olunurdu. Bunun ardınca (18 iyun) I Pyotrun başçılıq etdiyi rus qoşunlarının Həştərxandan Azərbaycan torpaqlarına yürüşü başlandı.
1752-ci ildə Bencamin Franklin ildırımın elektrik cərəyanı olduğunu sübut edib.
1826-cı ildə Osmanlı dövlətində yeniçərilik ləğv olunub.
1888-ci ildə II Vilhelm Almaniyanın imperatoru oldu.
1896-cı ildə Yaponiyada baş vermiş sunamidə 22 000 nəfər həlak olub.
1924-cü ildə xalq şairi Hüseyn Arif dünyaya gəlib.
1945-ci ildə Azərbaycanın xalq artisti Amaliya Pənahova anadan olub.
1946-cı ildə yunan müğənni Demis Rusos dünyaya gəlib.
1954-cü ildə UEFA təsis olunub.
1988 - Ermənistanın Ali Soveti "Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında" qərar qəbul edib. Buna etiraz olaraq Azərbaycan SSR Ali Soveti iyunun 17-də bəyanat qəbul edərək SSRİ Ali Sovetindən Ermənistanın hərəkətinə münasibət bildirməyi xahiş edib.
1992 - Azərbaycanın Milli Ordu birləşmələrinin Xocalı və Əsgəran istiqamətində hücumları başlanıb. Döyüşləri lentə alan telejurnalist Çingiz Mustafayev Naxçivanik kəndi yaxınlığında şəhid olub. Ç.Mustafayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.
1992-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyası yaradılıb.
1993-cü ildə parlamentin fövqəladə iclasında Heydər Əliyev Ali sovetin sədri seçildi.
1994-cü ildə İsrail ilə Vatikan arasında kamil siyasi əlaqə qurulub.
Mənbə: Milli.Az