Qadin.NET / Həyatverici məhəbbət simvolu

Həyatverici məhəbbət simvolu

Çoxları bilmir ki, çiyələk - şıltaq və inadcıl gözəl kimidir. Böyükdən kiçiyə hamının sevimlisidir.Süfrələrimizə qısa zaman kəsiyində qonaq gəlməklə, hamıya bir xeyli fayda da bəxş edir. Həqiqətən onu gənclik və gözəllik giləmevvəsi adlandırmaq olar. Axı o, təkcə qida deyil, həm də müxtəlif kosmetik prosedurlar üçün xeyirlidir.

Şıltaq gözəl
Bir çox başqa bəhərlər kimi, çiyələklə də çoxəfsanələr bağlıdır. Roma imperiyasında, məsələn, ürəyə bənzəyən formasına görə çiyələyə sevgi ilahəsi Veneranın simvolu kimi pərəstiş edirdilər. Əfsanəyə görə, giləmeyvəni bərabər iki yerə bölüb, əks cinsin nümayəndəsi qonaq edilsə, meyvəni yeyənlər bir-birinə aşiq olacaqlar. Orta əsrlərdə çiyələk sülh və tərəqqi rəmzi kimi təqdim olunurdu. Belçikada isə bu sulu giləmeyvəyə həsr edilmiş hətta bütöv bir muzey var.
Qaymaqla təqdim olunan çiyələk - kübar ziyafətlərdə, demək olar ki, artıq xrestomatiya çərəzidir. Xüsusilə o, hər il Uimbldonda təqdim edilən ritual çərəz kimi məşhurdur və şlyapası olan daimi geyimi ilə rəmzə çevrilib. Çiyələk gülçiçəklilər fəsiləsinə aiddir və bizə aydın olan halda iki çiyələk növünün çarpazlaşdırılması nəticəsində yaradılıb. Qədim zamanlardan bu yaz-yay zərif desertlərin dəyişməz sakinini müalicəvi məqsədlərlə istifadə edərdilər. Çiyələk bir də ona görə qəribə və təəccüblüdür ki, onun tumları bütün digər giləmeyvələrdən fərqli olaraq bəhərin içində deyil, üstündədir.
Azərbaycanda ildə, təxminən, 600 ton çiyələk istehsal olunur. Ümumilikdə mütəxəssislərin hesablamalarına görə, "çiyələkçilik"in inkişaf potensialı elədir ki, idxal etməyə ehtiyac yoxdur və tələbatı öz məhsulumuzun istehsalı hesabına ödəmək olar. Çiyələk, həmçinin Azərbaycanın dağlıq və meşəlik ərazilərində son dərəcə geniş yayılıb. Quba, Xaçmaz, Qusar, Şəki rayonlarında, Zaqatala və Lənkəranda bir aləm çiyələk plantasiyaları paylanıb. Bu giləmeyvənin 20 məşhur növü, eləcə də yabanı növü bizdə də yayılıb. Digər sortlardan fərqli olaraq meşə çiyələyi mayda - iyunun əvvəli və yayın sonuna qədər çiçəkləməyə başlayır. Onun bəyaz çiçəkləri qeyri-adi ətir saçır. İyul-avqustda yetişən bəhərləri olduqca ətirlidir, onlar sulu, turşa bənzər olurlar. Formaca isə konusşəkilli və ya yumurtaya bənzərdirlər. Rənginə görə adi çiyələkdən fərqlənir: qırmızı da olur, bəzən isə ağ və hətta efir yağları ilə zəngin bənövşəyi giləmeyvələrə də rast gəlinir. Meşə giləmeyvəsinin yarpaqlarında 250-dən 380 mlqr-a kimi C vitamini olur. Meşə çiyələyi süd və qaymaqla xüsusi dadlı olur, ondan mürəbbə, cem, marmelad, konfet, şərab və sərinləşdirici içkilər üçün içlik hazırlanır. 2013-cü ildə Gəncədə çiyələk festivalı keçirilib. Beş rayondan olan fermerlər 2011-ci ildən yetişdirilən "Viktoriya" çiyələk növünü təqdim ediblər. Bu növ çiyələk tünd-qırmızı rəngi, kiçik ölçüsü və xüsusi təkrarolunmaz ətri ilə seçilir. Bundan başqa, digər yerli sortlardan fərqli olaraq, "Viktoriya" həm də davamlıdır - tərkibini və təravətini dəyişmədən üç günə qədər qala bilir. Fermelərin qiymətləndirilmələrinə görə, bu sortun daha bir üstünlüyü - bar verməsinin uzunmüddətliliyidir (bir neçə aya kimi). 2014-cü ilin əvvəlində Azərbaycanın bir sıra rayonlarında - Yevlax, Tərtər, Goranboy, Ağdam və Bərdədə çiyələk əkin sahələrinin genişləndirilməsinə dair layihəyə start verilib.
Həyatverici
Yüngül və dadlı olmaqla yanaşı, bu giləmeyvə həm də maddələr mübadiləsini fəallaşdıraraq, qaraciyər və ödkisəsi iltihabının qarşısını almaqla, "bizim dünya ilə əlaqələrimizi" yaxşılaşdırır. O, həyat zövqünü oyada bilir, axı onda olan faydalı maddələrin bolluğu həm də avitaminozla mübarizə aparmağa kömək edir. Maddələr arsenalına alma, lumu və kinə turşusu (2,5%-dən 4%-ə qədər) qlükoza və şəkər (demək olar ki, 10%-ə qədər), C vitamini (lumudan 20-50 mlqr çox), pektinlər, karotinlər, folio turşusu, qanəmələ gətirmə xüsusiyyətləri ilə faydalıdır. Demək olar ki, vitaminlərin bütün əlifbası - A,B, E, antioksidantlar, sink, kalium, maqnezium, kalsium, həm də bütün bunlar tarazlaşdırılmış formada çiyələkdə istənilən süni vitamin kompleksindən daha yaxşı işləyir.
Bundan savayı, bu dadlı giləmeyvənin ünvanına deyilən - həyatverici epitet sübut edir ki, bu meyvədə sevinc hormonu var. Bu isə bizə ağırlığı daha asan yaşamağa imkan verir. Sulu giləmeyvə immuniteti yüksəldir, damarların elastikliyini yaxşılaşdırır, diabet xəstələrində şəkəri aşağı salır. Bundan əlavə, giləmeyvənin özündən başqa yarpaqları da istifadə olunur: qurudulmuş və çay kimi dəmlənərək, onlar səmərəli tərlədici, soyuqdəyməyə qarşı vasitə kimi istifadə olunur.
Kosmetika qismində çiyələk çoxdan və fəal şəkildə istifadə edilir.Çiyələkdən olan maska və losyonlarda dərinin rəngini yaxşılaşdırır, dərini məxməri edir və zərifləşdirir, qırışların hamarlanmasına səbəb olur. Bundan əlavə, çiyələk ekzema kimi çətin müalicə olunan dəri xəstəliyi zamanı da dərinin vəziyyətini yaxşılaşdırır.
Çiyələkdən istifadə edərkən növbəti qaydalara riayət etmək vacibdir: onu qida qəbulları arasındakı fasilə zamanı və ya ondan bir qədər əvvəl yemək lazımdır.
Qida qəbulundan sonra onu heç bir halda yemək olmaz. Doyumlu nahardan sonra desertə çiyələk yemək sizin orqanizminizə yaxşı heç nə verməyəcək. Ancaq qıcqırma prosesini gücləndirə bilər.
Bu bağ gözəlinin daha bir gözədəyən çatışmazlığı var - o, son dərəcə güclü allergiya yaradır. Ona görə də çiyələk təkcə allergiyası olanlara deyil, həm də hamilələrə, süd verən analara, o cümlədən balaca uşaqlara tövsiyə edilmir.
Çiyələyi ən yaxşısı onun qısa mövsümündə yeməkdir - Yeni il üçün supermarketlərdə şəffaf konteynerlərdə cəlbedici qablaşdırılmış iri, ətli bəhərlər nə qədər gözoxşayan görünsə də, onların xüsusi faydası yoxdur. Həmçinin iri al-qrımızı səciyyəvi ətrə malik meyvələri seçmək məqsədəuyğun deyil.
Çiyələkli panna-kotta
20%-lik qaymaq - 200 ml
çiyələk - 200 qr
jelatin - 10 qr
şəkər tozu - 100 qr
su - 100 ml
çiyələk sousu üçün şəkər zövqə görə
jelatini 150 ml qaynar suda həll etmək.
Qaymağı şəkər tozu ilə 100 ml suda ocağa qoyun. Zəif odda şəkər tam əriyənədək qaynadın. Qaynatmanın sonunda jelatin əlavə edin, amma onu qaynatmayın. Xüsusi formalı qablara töküb, bir gecə soyuducuya qoyun. Çiyələyi şəkər tozu ilə blenderlə xırdalayın. Jele soyuyanda, qabları soyuducudan çıxararaq bir neçə dəqiqəlik qaynar suya buraxın. Panna-kottaları çıxarın və çiyələk sousu ilə bəzəyin.
Beş dəqiqəyə çiyələk mürəbbəsi
Mürəbbəni bu üsulla hazırlamaq nəinki tezdir (adına baxsaq), həm də faydalıdır. Belə ki, giləmeyvələr formasını və vitaminlərini saxlayır. Bu cür mürəbbəyə, adətən, su əlavə etmirlər, ancaq giləmeyvə və şəkər tozu.
Çiyələk - 1kq
Şəkər tozu - 400 qr
Giləmeyvələri yumaq, saplaqlarını qırmaq, qaba tökmək, şəkər tozu əlavə etmək və suyunun ayrılması üçün bir neçə saatlıq soyuducuya qoymaq lazımdır.
Qazana tökün, vaxtaşırı köpüyünü yığaraq orta dərəcəli ocaqda qaynayanadək saxlayın; qaynadıqdan sonra daha 5 dəqiqə qaynadın. Mürəbbəni strerilizə olunmuş quru şüşələrə tökün.
Mənbə: Milli.Az
15 iyun 2014
GO BACK