Qadin.NET / Azərbaycanda ən bahalı rəssam kimdir?

Azərbaycanda ən bahalı rəssam kimdir?

“İndiyədək satdığınız əsərlərin içində ən bahalısı neçəyə olub?” 
Cavabları təqdim edirik: 
Rəssam Ağəli İbrahimov: “Mən əsərlərimi satmıram”. 
Rəssam Yusif Mirzə: “Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Rəsmlər Qalereyası üçün mənim üç rəsmimi alıb. Qiymətini açıqlamaq istəmirəm, amma elə də baha alınmayıb. Nazirlik istəsə, rəqəmi açıqlayar. Bunu deməyim problem yaradar”. 
Rəssam-heykəltəraş Məmməd Rəşidov: “Olub belə əsərim, amma elə də baha satmamışam. Bu qiymət məsələsi çox qarışıq məsələdir, ona görə rəqəmi açıqlamaq istəmirəm”.
Rəssam Fərhad Yalquzaq: “2013-cü ildə “Dərviş və zaman” əsərimi 5 min manata satmışam” 
Karikaturaçı rəssam Gündüz Ağayev: “İndiyədək 20-30 əsərim satılıb. Elə də baha satılanı olmayıb. İndi də saytlar üçün 40-50 manata karikatutalar çəkirəm”. 
Rəssam Əmrulla İsrafilov: “Moskvada “Bulvar” adlı əsərimi 9500 dollara satmışam. “Dəvə” adlı əsərim isə 8000 dollara satılıb”. 
Fotoqraf Şahin Yüksəl Sərkərov: “Çəkdiyim foto mənim övladımdır. Mən övladımı heç vaxt satmaram”
Gündüz Hunlar: “Özümün şəxsən satdığım əsərim olmayıb, amma Mədəniyyət Nazirliyi alıb. Bu da 2010-cu ildə Xocalı faciəsi haqda çəkdiyim əsər olub ki, 1500 manat dəyərində qiymətləndirilib. Ancaq ümumilikdə satdığım əsərlər 400-500 manat dəyərində olur”. 
Fotoqraf-rəssam Mahir Hüseynbəyli: “Rəsm əsərimi 1500 manata satdığım olub. İki fotomu isə birlikdə 1000 manata satmışam”. 
Rəssam Vüqar Əli: “Əsərlərimiz elə də baha satılmır, çünki insanların bunun üçün maddi imkanı yoxdur. 4 min manatlıq əsərləri 400-500 manata satdığımız olur. Bu, artıq kiminsə könlünü xoş etmək üçün hədiyyə etmək kimi bir şeydir. Rəsm əsərlərini sevən insanlar var, amma sosial şərait əsərlərin orijinalını almağa imkan vermir. Onun posterini sifariş edib alırlar”. 
Fotoqraf Əhməd Muxtar: “ Mən daha çox media-foto ilə məşğul olduğum üçün bizdə qiymətləndirmə bir qədər fərqlidir. Bəzən bir fotoya 50 avro, bəzən də 5 AZN verirlər. O baxır, fotonu kim alır. Əslində, bu qiymət, təbii ki, işin dəyəri deyil. Fotoma ən çox pulu isə bir dəfə bir alman ödəyib: 140 avro. Fotoreportajlarımın qiyməti isə 100-200 avro arasında dəyişir”. 
Fotoqraf Orxan Əzim: “Sərgidə satılan fotolarımın biri 20 AZN idi. Amma nə vaxtsa bütün dünyanın qəbul edəcəyi şah əsərim olsa, satmaram. Dostlarıma hədiyyə edərəm”.
Rəssam Emin Əskərov: “Səhv etmirəmsə, ən bahalı satılan əsərim 2500 manat olub”.
Heykəltəraş Vüqar Sahiboğlu: “Qobustana səyahət” əsərimi Mədəniyyət Nazirliyi 2500 manata alıb”.
Mənbə: Milli.Az
15 iyun 2014
GO BACK