Yaxın illərdə Bakıda 72 parklanma ərazisinin tikintisi planlaşdırılır. Bununla bağlı Nəqliyyat Nazirliyi plan hazırlayıb.ANS PRESS-in məlumatına görə, bu haqda Nəqliyyat Nazirliyinin nümayəndəsi Heydər Turabov 2-ci Xəzər Beynəlxalq «Yol və yeraltı infrastruktur–urbanizasiya problemlərinin həlli yolları» mövzusunda keçirilən konfransda bildirib.Plana görə, paytaxt ərazisi üç parkinq zonasına bölünüb. Hər zona üçün optimal parklanma növləri və yerləri müəyyənləşdirilib.Şəhərin mərkəzi hissəsi tarixi abidələrlə zəngin olduğundan burada əsasən yeraltı parkinqlərə üstünlük verilir. Digər zonalarda isə yeraltı və yerüstü parkinqlər inşa ediləcək.Tikintinin müddəti və parkinqlərin dəqiq dislokasiyası barədə açıqlama verilməyib.Hazırda Bakının mərkəzində iki böyük yeraltı parkinq var.
Mənbə: ANS PRESS