Bir dəfə yaxın dostum olmuş xanım jurnalist tanınmış şairlərdən birindən eşitdiyi fikri mənə danışdı. Həmin şair cavan oğlanları başına toplayaraq deyirmiş ki, ay kişilər, qadınlara həmişə yaxşılıq edin, yaxşılığın əvəzini ummayın. Axı onların sizə əvəz olaraq qaytarmağa özlərindən başqa heç nələri yoxdur.Həmin xanım bu fikri mənə deyəndə gülüşlə qarşılasam da, o vaxtdan beynimə həkk olunub. Yeri gəldi, gəlmədi tanıdığım insanların yanında deyirəm. Danışdıqlarım arasında qadınlar da olur, hətta onların qəzəbinə səbəb olsam da. Qadınlar şairi fikrinə görə qınayaraq özlərini kiçildilmiş zənn edirlər. Əslində isə anlamırlar ki, kişilərimiz şairin nəzərdə tutduğu həddi artıq çoxdan aşıb.Bunu təkcə dünən bir gün ərzində üç qadının kişi azğınlığı nəticəsində amansızlıqla öldürülməsi faktı göstərir. Cavan qadınlar, analar namus, qısqanclıq üstündə ərləri, qardaşları tərəfindən amansızlıqla öldürülüb. Artıq kişilər həddi aşaraq verdiklərini almaq üçün bir az da o irəli gedib və amansız olublar. Qardaş bacısına olan qayğısını çox görərək, ərlər isə arvadlarından evlilikləri boyu ona lazım olan qadınlığını aldığından artıq onların canına qıyırlar.Qadınların kişi əlində ölməsində özlərinin rolu da az deyil. Qadınlarımızda kişi mərhəmətinə lazım oldu-olmadı sığınmaq həvəsi var. Məsələn, kişilərimizin öz arvadlarına işləməyi qadağan edərək, “sənin qazancın lazım deyil, ehtiyaclarını ödəyəcək qədər qazancım var” fikrini qadınlar bir qəhrəmanlıq kəlamı kimi qəbul edir. Kişinin bu tələbini çox qadınlar üzdə qəbul etməsələr də, əslində kişidən umduğu gözləntidir. Mərhəmətə sığınmaqla öz zəifliklərini göstərir, bu isə artıq acı nəticəsini göstərir. Nəticə isə göz qabağındadır, qadınlar “namus üstündə” qəbrə, kişilər isə türməyə gedir.
Kişilər isə edilən xəyanətin cəzasını verməkdə çox dayazlaşıblar, çıxış yolunu arvadlarını öldürməkdə görürlər. Əslində isə, bunun daha sivil yolu var, boşanmaq. Əgər boşanmırsansa, heç olmasa, bıçağı arvadına sancmamışdan əvvəl onu xəyanətə vadar edən səbəbi öyrən. Öyrən gör bu qadın axı niyə başqası ilə yatıb. Bəlkə, öldürülməli elə sənin özünsən? Axı bir kişi olaraq deyə bilərəm ki, bizim qadınların intim istəyi onu doyuracaq bir qarın yemək qədərdir. Ay kişi, bir soruş, bəlkə, arvad ac imiş, niyə onu acqarına öldürürsən?
Mənbə: Milli.Az