Qadin.NET / Azərbaycanda neçə qadın sürücü var?

Azərbaycanda neçə qadın sürücü var?

"Azərbaycanda nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayı ildən-ilə artır. 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2013-cü ildə 11166 nəfərə çatıb". Bunu APA TV-yə müsahibəsində DİN-in Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə ölkəmizdə hazırda 45 mindən artıq qadın sürücü var. Şöbə rəisi deyir ki, sürücünün qadın və yaxud kişi olmasının heç bir fərqi yoxdur.“Qaydanı pozanda istər qadın, istərsə də kişi olsun, cəza ehtimalı var. Amma qəza törədən sürücü kişilərin sayı daha çoxdur. Çünki Azərbaycanda milyon yarımdan çox kişi sürücü var. Qadınların sayı isə 4-45 min arasında dəyişir. Amma sürücüləri bölməyin əleyhinəyəm. Çünki qanun qarşısında hamı eyni məsuliyyəti daşıyır. Ancaq kişilər qadınlara nisbətən daha cəld və qıvraq olduqlarına görə qeyd edim ki, qadınlar avtomobili kişilər kimi yüksək sürətlə idarə etmirlər. Son bir neçə ildə sürücü qadınlar tərəfindən ağır yol-nəqliyyat hadisələri qeydə alınmayıb”.Kamran Əliyev deyir ki, ölkəmizdə ictimai nəqliyyatda, taksidə də çalışan qadınlar var, ancaq onların sayı məhduddur. Sürücülük vəsiqəsindən istifadəyə gəldikə isə Kamran Əliyev deyir ki, bu gün sürücülük hüququ olmayan qadınlara da rast gəlinir və sürücülük hüququ olmadan avtomobil idarə etdiyinə görə kifayət qədər qadın məsuliyyətə cəlb olunub.

Mənbə: Milli.Az

14 iyun 2014
GO BACK