Qadin.NET / Ermənilərin Azərbaycana yeni torpaq iddiası

Ermənilərin Azərbaycana yeni torpaq iddiası

Ermənilərin Azərbaycana yeni torpaq iddiası
Ermənistan tərəfi yenə sərsəmləyib. ANS PRESS-in məlumatına görə, qondarma Dağlıq Qarabağ respublikası parlamentinin deputatları gülünc iddia ilə çıxış ediblər.Parlamentdə çıxış edən deputatlar bildirib ki, əgər növbəti Qarabağ müharibəsi başlasa, Azərbaycanın içərilərinə doğru, Kür çayına kimi gedib çıxacağıq: “Biz torpaqlarımızı itirməyəcəyik. Əksinə ermənilərin tarixi torpaqlarını bərpa edəcəyik. Azərbaycanın qələbə qazanmağına imkan verməyəcəyik”.Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab edilir. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. Bu isə Ermənisatının dövlət büdcəsindən belə çoxdur.

Mənbə: ANS PRESS

14 iyun 2014
GO BACK