Qadin.NET / Azərbaycanda şagirdlərin sağlamlığı yoxlanılır

Azərbaycanda şagirdlərin sağlamlığı yoxlanılır

 

Azərbaycanda 10 000 şagirdin sağlamlıq vəziyyətinin tibbi-gigiyenik və psixoloji monitorinqi keçirilir. Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, təhsilalanların sağlamlığının qorunması və təlim nailiyyətlərinin yüksəldilməsi sahəsində təhsil texnologiyalarının tətbiqi üzrə işçi qrupu yaradılıb. Növbəti tədris ilindən paytaxtdakı 5 ümumtəhsil müəssisəsinin 10 pilot sinifində sağlam təlim texnologiyalarının tətbiqinə başlanacaq.
Mənbə: Milli.Az

 

14 iyun 2014
GO BACK