Qadin.NET / Qobustanda Milli Qurtuluş Günü qeyd edildi

Qobustanda Milli Qurtuluş Günü qeyd edildi

 

15 iyun - Milli Qurtuluş Günü Qobsutanda böyük coşqu ilə qeyd olnub. Tədbirdə rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir maraqlı anlarla yadda qalıb.İlk öncə tədbir iştirakçıları ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, daha sonra rayon Gənclər evində “15 iyun Milli Qurtuluşun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığı qeyd edilib. Çıxış edənlər 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu bildirib. 
Tədbirdə rayonun ictimai-siyasi və mədəni kütləvi həyatında fəal iştirakına görə 5 nəfərə hədiyyə, həmçinin Yeni Azərbaycan Partiyasının sıralarına yeni üzvlük vəsiqələri təqdim olunub.Tədbir konsert proqramı ilə davam etdirilib. Çıxış edən sənət adamları və aşıqlar öz çıxışları ilə Qobsutanlılara bayram töhfəsi bəxş ediblər.
Mənbə: Milli.Az

 

14 iyun 2014
GO BACK