Qadin.NET / Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq

Yenidoğulmuşlar arasında inkişaf qüsurları erkən aşkarlanacaq

 

Azərbaycanda 2014-2018-ci illər ərzində Səhiyyə Nazirliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsi üzrə klinik protokollar və metodik sənədlər hazırlanacaq.aPA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti tərəfindən təsdiqlənən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nın “Sağlamlıq imkanları məhdud uşaqların erkən aşkarlanması və onlara yardımın göstərilməsinin təşkil edilməsi” bölməsində yer alıb.Səhiyyə Nazirliyi mütəmadi olaraq perinatal diaqnostika üzrə klinik protokolların hazırlanması və antenatal yardım xidməti göstərən tibb müəssisələrinin işçiləri üçün müvafiq təlimlərin keçirilməsini təşkil edəcək. 2014-2015-ci illər ərzində Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda anadangəlmə patologiyaların profilaktikası məqsədi ilə preimplantasion və tibbi-genetik müayinələr təşkil olunacaq. Eyni zamanda Səhiyyə Nazirliyi mütəmadi olaraq yenidoğulmuşlar arasında inkişaf qüsurlarının erkən aşkarlanması məqsədi ilə neonatal müayinənin (skrininqlərin) aparılmasını təmin etməlidir.
Mənbə: Milli.Az

 

14 iyun 2014
GO BACK