Qadin.NET / Uşaqlarımız itəndə nə etməlidirlər

Uşaqlarımız itəndə nə etməlidirlər

 

Uşaqlarımız itəndə nə etməlidirlər
Velosipedlə gəzintiyə böyük marağı olan 4 yaşlı İsgənədər ictimai yerlərdə, həmişə babasının və valideynlərinin onun əlindən tutduğunu deyir. Çünki itməkdən çox qorxur. Amma bu məsuliyyəti heç də bütün valideynlər dərk etmir. Az müşahidə etməmişik ki, insanların sıx olduğu parklarda, istirahət məkanlarında uşaqlar valideyninin əlini buraxır və itirlər. İtmə riski əsasən onların maraqları ucbatından baş verir. Pişiyin, quşun və ya ona maraqlı gələn nəyinsə, arxasınca gedirlər ki, bu da valideyndən uzaqlaşmaq ilə nəticələnir. Mütəxəssislərin fikrincə, uşaqlar bu barədə məlumatsız olduqlarından, itən zaman kömək üçün hara və kimə necə müraciət etməyi bilmirlər. Bəzi valideynlər uşaqlarını belə hallara hazırlamasalar da, təhlükənin qarşısını ala bilənlər var.Bəlli məsələdir ki, hadisə gözlənilmədən baş verir və insanı seçmir. Yəni valideynindən uzaq düşən uşaq hər an cinayətkar dəstənin əlinə keçə bilər, ya da yol nəqliyyat hadisəsinin qurbanına çevrilər. Bu cür bədbəxt hadisələrdən sığortalanmaq üçünsə, valideyn diqqətli olmalı və uşağı marifləndirməlidir. Xarici təcrübədə olduğu kimi uşaqlar telefon nömrələrini, kimliyini, ünvanı əzbərdən bilməlidir. Ya da valideyn bu məlumatları kiçik kağıza yazaraq uşağın geyimlərində yerləşdirməlidir. Uşaq hüquqları üzrə QHT alyansının sədri Nazir Quliyevin fikrincə, tək azyaşlılar deyil, hətta bir qədər böyük olan uşaqlar da bəzən küçədə gəzərkən valideynini itirir."Əgər uşaq validen nəzarətindən yayınarsa, bu gələcəkdə onda vərdiş halına da keçir, hətta evdən çıxıb gedə bilərlər də. Xarici ölkələrdə pilot sınaq testləri olur, uşaqları şəhərə aparırlar yarım saat nəzarətsiz qoyurlar, kənardan müşhaidə etmək şərtilə ki, bu uşaq necə davranacaq, itdiyini anlayıb necə reaksiya verəcək. Bu isə uşaqlarda lazımi vərdişləri yaradır”. Bu cür hallarla bağlı Ailə Qadın və Uşaq Problemlərilə bağlı komitəyə də az müraciət daxil olmayıb. Qurum rəsmiləri valideynlərin daha da məsuliyyətli olaraq uşağlarda pis hadisələrdən sığortalamaq vərdişlərini formalaşdırmağı vacib hesab edir.

Mənbə: ANS PRESS

 

14 iyun 2014
GO BACK