Qadin.NET / Gün var əsrə bərabər: ötənləri yada salaq

Gün var əsrə bərabər: ötənləri yada salaq

 

Milli.Az anspress-ə istinadən iyunun 14-də tarixdə baş vermiş mühüm hadisələri xadırladır.
Miladi: 14 iyun 2014

Hicri: 16 Şəban 1435
İlin 165-ci günü
İlin sonuna 200 gün qalır
Bu günün namaz vaxtları 
Fəcr - 04.31
Günəş - 06.10
Zöhr - 13.41
Əsr - 18.25
Məğrib – 21.29
İşa – 23.16
1777-ci ildə ulduzları və zolaqları olan ilk ABŞ bayrağı Konqres tərəfindən Amerika Birləşmiş Ştatlarının dövlət bayrağı kimi qəbul edilib 
1794-cü ildə şair-mütəfəkkir Mirzə Şəfi Vazeh anadan olub
1900-cü ildə Amerika Birləşmiş Ştatları Havay adalarını öz ərazisinə birləşdirdi
1919 - Xalq Cümhuriyyətinin parlamenti ölkədə vəziyyətin elan olunması barədə qərar qəbul edib. Baş nazir Nəsib Usubbəylinin rəhbərlik etdiyi Dövlət Müdafiə Komitəsinə fövqəladə səlahiyyətlər verilib. Muğandakı bolşevik təmayüllü qiyamın, ermənilərin Qarabağ və Zəngəzurdakı silahlı çıxışlarının yatırılması üçün bu bölgələrə ordu hissələri göndərilib. 
1920-ci ildə sosioloq Maks Veber (Max Weber) vəfat edib
1926-cı ildə tarzən Həbib Bayramov anadan olub
1928-ci ildə əslən Argentinadan olan Kuba inqilabçısı Ernesto Çe Gevara anadan olub
1936-cı ildə rus yazıçısı Maksim Qorki vəfat edib
1946 – Cənubi Azərbaycanda (Təbriz) Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli Hökuməti süqut edib. 1945-ci ilin 12 dekabrında (21 Azər hərəkatı) elan edilən solçu təmayüllü Pişəvəri hökumətinə ilk mərhələdə bölgədəki sovet qoşunları tərəfindən müəyyən dəstək vardı. Lakin II Dünya müharibəsinin başa çatması ilə sovet qoşunları bölgəni tərk etdilər və Milli Hökumətə qarşı İran şah rejimi tərəfindən geniş repressiyalar başlandı. Bir qrup məsləkdaşı ilə sovet Azərbaycanına mühacirət edən Pişəvəri burada müəmmalı avtomobil qəzasında həlak oldu.
1951-ci ildə ilk ticari kompüter olan UNIVAC I təqdim edilib
1964-cü ildə Nelson Mandela ömürlük həbsə məhkum edilib
1982-ci ildə Argentina ordusu, Falkland adalarında Böyük Britaniyaya təslim olub
1994-cü ildə bəstəkar Henri Mançini (Henry Mancini) vəfat edib 

Mənbə: Milli.Az

 

14 iyun 2014
GO BACK