Qadin.NET / Hava haqqında

Hava haqqında

Milli.Az Azər Tac-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındagün ərzində havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin iyunun 13-dən 14-nə keçən gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, səhər kəsiləcəyi gözlənilir.Temperatur gecə 15-20°, gündüz 25-30° isti, Bakıda gecə 17-19°, gündüz 28-30° isti olacaqdır.Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zuğulba,Mərdəkan, Şüvəlan, Buzovnada 20-21°, Türkan, Hövsan, Şıx və Sahil 21-22° isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.Temperatur gecə 12-17°, gündüz 27-32° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
 gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperatur gecə 7-12°, gündüz 19-24° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındagecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.Temperatur gecə 12-17°, gündüz 27-32° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
 gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək.Temperatur gecə 15-20°, gündüz 30-35° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperatur gecə 17-20°, gündüz 27-32° isti, dağlarda gecə 10-15° isti, gündüz 19-24° isti olacaq.

Mənbə: Milli.Az

14 iyun 2014
GO BACK