Qadin.NET / İstilər qayıdır

İstilər qayıdır

Azərbaycan ərazisində bir neçə gün davam edən qeyri-sabit hava şəraiti sabahdan mülayimləşəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, iyunun 14-də artıq günorta saatlarından ölkə ərazisində yağıntılar kəsiləcək.Bakıda və Abşeron yarımadasında bu gün əsən güclü şimal-qərb küləyi sabah səhər saatlarından başlayaraq cənub-qərb küləyi ilə əvəz olunacaq. Bununla əlaqədar havanın temperaturu bu günlə müqayisədə 3-4 dərəcə yüksələcək.Bu gün Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 22-26 dərəcə istidirsə, sabah temperaturun 27-30 dərəcə isti olacağı gözlənilir. Gündüz saatlarında cənub küləyinin sürəti arabir yüksələcək.Aran rayonlarında maksimal temperatur gündüz saatlarında 33 dərəcəyə qədər, dağlıq ərazilərdə 19-22 dərəcə isti olacaq.

Mənbə: Milli.Az

13 iyun 2014
GO BACK