Qadin.NET / Fanatlığın beləsi də olur: sutkada 23 saat əzab

Fanatlığın beləsi də olur: sutkada 23 saat əzab

1998-ci ildə çəkilmiş məşhur "Who Framed Roger Rabbit" filminin qəhrəmanlarından olan "Cessika Rəbbit" personajına sevgi bu xanımda qəribə maniya yaradıb.25 yaşlı Penni Braun fanatı olduğu Cessika Rəbbitə bənzəmək üçün sütkanın 23 saatını belində korset keçirir.Korset onun normal oturmasına, gəzməsinə, yeməsinə və yatmasına mane olsa da, Penni inadından əl çəkmir."Uşaqlıq illərimdən bəri Cessika Rəbbiti sevirəm. Ona bənzəmək istəyirəm. Sinəmdə plastik cərrahiyyə əməliyyatları oldu. İki əməliyyatdan sonra sinəmin ölçülərini artırdım. Korsetə gəldikdə isə... Korset məni çox sıxır. Onu çıxaranda vücudumda qızartılar olur. Amma davam edəcəyəm", - Yaponiyanın Okinava adasında yaşayan və əslən Avstraliyadan olan Penni deyib.Həkimlər deyirlər ki, korset tutqusu Penninin qabırğalarının sınmasına və ya daxili orqanlarının deformasiyasına səbəb ola bilər.Penninin sözlərinə görə, korseti ilk dəfə əri üçün Cessika Rəbbit stilində bir neçə foto çəkdirmək üçün taxsa da, sonradan alışıb.Penninin əri, ABŞ Hərbi-Hava Qüvvələrinin Okinavadakı hərbi bazasında xidmət edən 28 yaşlı Kuper Braun isə xanımının bu qəribə fanatlığı ilə bacarmadığını deyib.

Mənbə: Milli.Az
13 iyun 2014
GO BACK