Qadin.NET / Yer sakinləri üçün ən ağır günü yaşayrıq

Yer sakinləri üçün ən ağır günü yaşayrıq

Sabah Yer kürəsində güclü maqnit küləkləri olacaq. Bu, iyunun 9-da və 10-da Günəşdə baş verən iki güclü partlayış səbəbindən olacaq.Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, əsas axın bu gün planetimizin yaxınlığından keçəcək və Yerə də toxunacaq. Həkimlər xəbərdar edirlər ki, bir çox adamlarda yuxusuzluq, ürək döyünməsinin sürətlənməsi, qan təzyiqinin dəyişməsi ola bilər.NASA alimləri ötən gün də Günəşdə partlayış qeydə alıblar. Qeyd edək ki, Günəşdəki partlayışın yaratdığı rentgen şüaları gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Bu günlərdə baş verən partlayış isə əg güclü X sinfinə aiddir. Sonuncu dəfə Yerdə güclü geomaqnit qasırğası fevral ayında olub. Həmin vaxt gərginliyin səbəbi də Günəşdəki partlayışlar olub.

Mənbə: Milli.Az

13 iyun 2014
GO BACK