Qadin.NET / Dünya çempionatının kosmosdan möhtəşəm görüntüləri

Dünya çempionatının kosmosdan möhtəşəm görüntüləri

Futbol üzrə dünya çempionatına ev sahibliyi edən Cənubi Amerikanın ən böyük ölkəsi olan Brazilyanın hər yerində futbol bayramı, futbol həyəcanı davam edir.Milli.Az ANS PRESS-ə istinadən xəbər verir ki, San-Paulonun "Arena Korintians" stadionunda baş tutan builki dünya çempionatının ilk qarşılaşmasında braziliyalılar Xorvatiyanı 3-1 hesabı ilə məğlub edərək, ikiqat bayram ediblər. Ölkənin ən böyük şəhərləri olan Fortaleza, Manaus, Porto Aleqre, Natal, Rio-de-Janeyro və San-Pauloda hamı küçələrdə futbol sevincini qeyd edib. ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) isə Brazilyanın kosmik görüntülərini yayımlayaraq ölkə və onun şəhərləri haqqında məlumat verib. 

Mənbə: Milli.Az

13 iyun 2014
GO BACK