Qadin.NET / Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Gün var, əsrə bərabər: Ötənləri yada salaq

Milli.Az ANS PRESS-ə istinadən iyunun 13-də tarixdə baş verən mühüm hadisələrə nəzər salır.
Miladi: 13 iyun 2014
Hicri: 15 şaban 1435
İlin 164-cü günü
İlin sonuna 201 gün qalır
Bu günün namaz vaxtları
Fəcr - 04.32
Günəş - 06.10
Zöhr - 13.41
Əsr - 18.24
Məğrib – 21.28
İşa – 23.16
E.ə.323-cü ildə İskəndər öz dövlətinin ehtimal olunan paytaxtı Babilistanda vəfat edib.
1036-cı ildə Misirdə Fatimilər sülaləsindən xəlifə Əl əz-Zahir Billah vəfat edib.
1550-ci ildə Memar Sinanın əsəri Süleymaniyyə Məscidinin inşasına başlanılıb.
1709-cu ildə klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Vəli Vidadi anadan olub.
1796-cı ildə Azərbaycanın şimal torpaqlarına yürüş edən general Zubovun komandası altındakı rus qoşunları Bakını ələ keçirib.
1928-ci ildə Nobel İqtisadiyyat mükafatı almış amerikalı riyaziyyatçı Con Forbs Nəş dünyaya gəlib.
1959-cu ildə aktrisa Bəsti Cəfərova anadan olub.
1961-ci ildə Türkiyə Almaniyaya işçi göndərilməsinin əsaslarını quran protokol imzalayıb, ilk işçi qrupu 24 iyunda qatarla yola çıxıb.
1993-cü ildə Kim Kempbel (Kim Campbell) Kanadanın ilk qadın baş naziri olub.
2000-ci ildə Papa II İohan Pavelə (Ioannes Paulus) sui-qəsd üstündə tutulan və İtaliyada həbsxanada olan Mehmet Ali Ağca Türkiyəyə qaytarılıb.
2002-ci ildə Əfqanıstanda ənənəvi Loya Cirga Məclisi yığışaraq, Həmid Kərzaini müvəqqəti olaraq prezident seçib.

Mənbə: Milli.Az

13 iyun 2014
GO BACK