ABŞ-ın keçmiş prezidenti böyük Corc Buşun 90 yaşı tama olub.Lent.Az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, o, yubileyini paraşütdən tullanmaqla qeyd edib.Mənbə xatırladıb ki, Buş 75, 80 və 85 yaşlarında da paraşütdən tullanıb.ABŞ-ın 41-ci prezidenti Parkinson xəstəliyindən əziyyət çəkdiyi üçün əl arabasında hərəkət edir. Təhlükəsizlik baxımından 90 yaşlı siyasətçi təcrübəli hərbi paraşütçü çavuş Mayk Elliottla birlikdə tullanıb.1997-ci ildə, 73 yaşlı Buş həyatında ikinci dəfə paraşütdən tullanarkən, dünyanı təəccübləndirmişdi. İlk dəfə o, 1945-ci ildə ikinci dünya savaşı zamanı paraşütdən istifadə edib.Keçmiş prezidenti təbrik etməyə 200-ə yaxın qonağın gedəcəyi gözlənilir. Buş ailəsinin təmsilçisi Cim Makqrasın sözlərinə görə, mərasimə onun 5 övladı, o cümlədən ölkənin 43-cü prezidenti kiçik Buş da qatılacaq.Xatırladaq ki, böyük Corc Buş 1989-1993-cü illərdə ABŞ-ın prezidenti olub. 1981-1989-cu illərdə ABŞ-ın o vaxtkı prezidenti Ronald Reyqanın müavini vəzifəsində çalışıb.Bundan başqa o, konqresmen, ABŞ-ın BMT-dəki nümayəndəsi, ölkəsinin Çindəki özəl təmsilçisi və Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru olub.
Mənbə: Lent.Az