Braziliyanın San-Paulu şəhərindəki "Arena Corinthians" stadionunda futbol üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.4,65 milyon avroya başa gələn, 25 dəqiqə davam edən mərasimdən sonra mundialın ilk matçı olan Braziliya-Xorvatiya qarşılaşması oynanıb.Milli.Az ABC-yə istinadən bildirir ki, təntənəli açılış mərasimində arenaya 600 artist, o cümlədən gimnastlar, akrobatlar, kapoeyra ustaları, batutçular və s. çıxmışdılar.Məşhur müğənni və aktrisa, 44 yaşlı amerikalı Cennifer Lopes reper Pitbull və braziliyalı müğənni Klaudiya Leytte ilə birlikdə mundialın rəsmi himni "We are one" mahnısını ifa ediblər.Braziliyadakı DÇ-2014 iyulun 13-dək davam edəcək. Çempionatın final matçı Rio-de-Janeyro şəhərindəki "Marakana" stadionunda oynanacaq.Mundialın matçları Braziliyanın Belu-Orizonti, Brazilia, Kuyabe, Kuritibe, Fortaleze, Manause, Portu-Aleqri, Resifi, Rio-de-Janeyro, Salvadore və San-Paulu şəhərlərində oynanacaq.