Hər dəfə mobil telefonla danışarkən, öz dərinizi təhlükə altına atırsınız. Gündəlik həyatda hər kəs mobil telefon işlədir. Civzə, sızanaq, dəridə qara ləkələr simsiz telefonların mənfi təsirləridir. Bəs bu rabitə vasitəsinin mənfi təsirlərindən qorunmaq üçün nə edək?Milli.Az-ın təqdim etdiyi məsləhətlər yardımçınız olacaq:
Qırış
Mobil mobil telefonun klaviaturasına baxmaq düşündüyünüzdən daha çox zərərlidir. Aşağıya doğru uzun müddət baxmaq boyunda və buxaqda qırışlara səbəb olur. Gözün ətrafında isə qəmginlik görüntüsü yaradan qırışlar formalaşır. Qocalığın ilkin əlamətləri boyun və sinə nahiyəsində formalaşır. Bədənininzin bu zonalarına daimi qayğı göstərməyi unutmayın. Bunun üçün xüsusi krem və məhsullardan istifadə edə bilərsiniz.
Dəri allergiyaları
Dərinizdə növbəti dəfə səpki görsəniz, nəzərə alın ki, bunun günahkarı sizin telefonunuz ola bilər. Bu yaxınlarda aparılmış tədqiqat göstərib ki, mobil telefonun korpusunun tərkibindəki nikel və xrom dəridə allergik dermatit reaksiyasına səbəb ola bilər.
Bununla belə, bütün mobil telefonlarda nikel və xrom olmur. Əgər sizin dəriniz həssasdırsa, plastik korpuslu telefon alın və onun üzərini qoruyucu lentlə örtün. Bu cür tədbirlər dəri allergiyasının qarşısını alacaq.
Çiban
Sizin mobil telefonunuzda tualet unitazından daha çox bakteriya toplaşa bilər. Həmin çirk üzünüzdə çiban çıxmasına səbəb ola bilər. Bu səbəbdən, mobil telefonun səthini daima təmizləmək lazımdır. Bunun üçün spirtli salfetlər, monitor təmizləmək üçün salfetlərdən istifadə edə bilərsiniz.
Göz ətrafında dairələr
İşıq diodları sizin yuxunuza da təsirsiz ötüşməyəcək. Kompüter və mobil telefondan çıxan işıq sizin yuxu rejiminizi poza bilər. Bu isə o deməkdir ki, az yatacaqsınız. Yuxusuzluq isə göz altında torbacıqların yaranmasına səbəb ola bilər.
Bu səbəbdən də şam yeməyindən sonra kompüter, planşet və mobil telefondan istifadə etməməyə çalışın.
Mənbə: Milli.Az