Sabah Naxçıvan Muxtar Respublikasında 4115, Lənkəranda 2167, Astarada 1264, Masallıda 2374, Lerikdə 737, Yardımlıda 888, Cəlilabadda 2599, Biləsuvarda 1559, Şirvanda 1002, Hacıqabulda 807, İmişlidə 1309, Saatlıda 1185, Sabirabadda 2301, Salyanda 1680, Neftçalada 906, Füzulidə 936, Beyləqanda 1134, Xocavənddə isə 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur
Naxçıvan MR-də 4211, Lənkəranda 1640, Astarada 1001, Masallıda 1466, Lerikdə 472, Yardımlıda 687, Cəlilabadda 1648, Biləsuvarda 1156, Şirvanda 668, Hacıqabulda 595, İmişlidə 1145, Saatlıda 735, Sabirabadda 1743, Salyanda 1152, Neftçalada 675, Füzulidə 691, Beyləqanda 784, Xocavənddə isə 43 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı gözlənilir
Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 192 imtahan rəhbəri, 2579 nəzarətçi-müəllim ayrılıb
Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.