Qadin.NET / Bakıda niyə tez-tez tufan olur?

Bakıda niyə tez-tez tufan olur?

 

"Son zamanlar dünyada baş verən iqlim dəyişiklikləri hərbi müdaxilələrin nəticəsidir. Misal üçün, çərşənbə axşamı gecə saatlarında Abşeron yarımadasında yağış yağdı, külək əsdi. Baxmayaraq ki, belə bir proqnoz yox idi. Belə olan halda sual yaranır, nəyə görə heç bir əlamət olmadan, birdən-birə belə dəyişiklik olur? Səbəb ondadır ki, bəzi ölkələr metereoloji silahlardan istifadə edir".

Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "Exo" qəzetinə açıqlamasında Milli Ekoloji Proqnozlar Mərkəzinin sədri Telman Zeynalovdeyib.
Onun sözlərinə görə, ABŞ, Kanada, Rusiya, Çin və Yaponiya kimi ölkələrin metereoloji silahları var.
"Rusiyanın şərqində anomal yağışlar, Avropanın mərkəzi hissəsində anomal istilər bununla izah olunur", - o əlavə edib.
Azərbaycana gəlincə isə, Zeynalov hesab edir ki, ölkəmiz meteoroloji müharibədən yayına bilər.

Mənbə: Milli.Az

 

13 iyun 2014
GO BACK