Qadin.NET / Qaxda daha bir "möcüzə"

Qaxda daha bir "möcüzə"

Göz oxşayan, gözəlliyə, qədim tarixə malik Qaxın məşhur İlisu kəndinin bir möcüzəsi də var imiş. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, İlisuya gedən yolda inandırıcı olmasa da, mühərriki söndürülmüş avtomobil yoxuşa doğru hərəkət edir. Sakinlər bu qeyri-adiliyi şərh etməkdə acizdirlər. Onların sözlərinə görə, əvvəllər yolun bu hissəsində yoxuş daha sərt olub. Elə o zamanlarda da eyni hadisəni müşahidə etmək mümkün olub. Bu xüsusiyyət kəndə gələn qonaqları da təəccübləndirir. Mütəxəssislər isə bu anomaliyanı yer qatının süxurlarının xüsusiyyəti ilə əlaqələndirirlər. Təxminən 100-150 metr məsafədə baş verən bu “möcüzə” bəzi nöqtələrdə daha güclü, bəzi nöqtələrdə isə nisbətən zəif şəkildə özünü büruzə verir.

Mənbə: Milli.Az

13 iyun 2014
GO BACK