Qadin.NET / Messi: "Əvvəlki səhvləri etməyəcəm"

Messi: "Əvvəlki səhvləri etməyəcəm"

Argentina yığmasının hücumçusu Lionel Messi qarşıdakı dünya çempionatı haqda fikirlərini bölüşüb.Milli.Az qol.az-a istinadən xəbər verir ki, "İnside Spanish Football"a danışan Messi mundialın başlanmasını səbirsizliklə gözlədiklərini bildirib:"Dünya çempionatını səbirsizliklə gözləyirik. Son mundialda etdiyim səhvləri anladım və bunu təkrarlamamağa çalışacam. Meydana çıxdığım zaman gündəlik həyatımdakından fərqli biri oluram. Qələbə qazanmağı çox sevirəm. Əgər qalib gəlmək üçün mübarizə aparmaq lazımdırsa, bunu edəcəm. Dünya çempionluğunu qazanmaq əla olardı. Düşünürəm ki, buna gücümüz çatar. Mundialın finalında Neymarla qarşılaşacağıma ümid edirəm. Əgər Neymar olmasa, istənilən digər komanda ilə qarşılaşmağa hazıram".

Mənbə: Milli.Az

12 iyun 2014
GO BACK