"Məni sevən insan oyuncaqlarımı da bəyənməli, sevməlidir. Əgər mənim pişiklər çarlığım onun xoşuna gəlmirsə, mən də o insanı xoşlaya bilmərəm".İngiltərənin Devon qraflığındakı Ekseter şəhərində yaşayan Nataşa Qoldsuorttənha yaşayır. O, ailə qurmaq istəsə də, tələsmir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 29 yaşlı Nataşa "Hello Kitty" oyuncaqlarının fanatıdır.O, evdəki kolleksiyasına indiyədək 50 min funt-sterlinqdən artıq pul xərcləyib. Nataşanın sözlərinə görə, oyuncaqların tam əksəriyyətini Yaponiyadakı dostları alır, ona yollayırlar və o da "Hello Kitty"lərin pullarını ödəyir.Onun evindəki pərdələr, mebellərin aksessuarları, mətbəx avadanlığı və qarniturlar da "Hello Kitty" stilindədir
"Kolleksiyam o qədər böyüyüb ki, artıq mənzilim darlıq edir. Deyəsən, yeni ev və ya mənzil almalıyam. Buna da dözərəm. Amma kolleksiyamı satmaram. Ailəm və dostlarım ötənlərdə məni bu fikirdən, kolleksiya toplamaqdan daşındırmağa çalışdılar. Amma alınmadı. Belə dostlardan qurtuldum, onlarla bütün əlaqələri kəsdim", - Nataşa Qoldsuort deyib.Onun sözlərinə görə, 15 il əvvəl "Hello Kitty"ləri toplamağa başlayıb. İndi onun kolleksiyasında "Hello Kitty" stilində 10 min əşya var.
Mənbə: Milli.Az