Qadin.NET / Bakıdakı taksilərə ciddi dəyişikliklər tətbiq olunacaq

Bakıdakı taksilərə ciddi dəyişikliklər tətbiq olunacaq

Bu yeniliyi "Baku Taxi" MMC (Bakıya “London taksiləri”ni gətirən şirkət) həyata keçirəcək.Bu haqda APA-ya "Baku Taxi" MMC-nin maliyyə direktoru Vüqar İbrahimovməlumat verib.O, bildirib ki, taksilərdə müasir informasiya texnologiyaları ilə bağlı yeni xidmətlər həyata keçiriləcək.“Bu xidməti “Baku Taxi” MMC həyata keçirəcək, amma ondan istənilən sərnişin istifadə edə biləcək. Məsələn, sərnişin taksini izləyə, istənilən informasiyanı əldə edə biləcək. Bundan başqa, sürücü ilə sərnişin arasında gizlilik qorunacaq, taksi sürücüsü sərnişinin telefon nömrəsini bilməyəcək, yəni onu narahat etməyəcək. Bu yenilik üçün Bakı şəhərinin müasir xəritəsindən istifadə olunacaq. Müştəri dəqiq ünvandan götürülüb, dəqiq ünvana çatdırılacaq”, - deyə o qeyd edib.Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda bununla bağlı tender keçirilir. Satınalmada Rusiya və Türkiyə, o cümlədən İsrailin Ukraynada fəaliyyət göstərən şirkəti iştirak edir.Sentyabra qədər məsələnin həllini tapması nəzərdə tutulub.Qeyd edək ki, "Baku Taxi" MMC indiyədək ölkəyə 1 000 London taksisi gətirib. 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ölkəyə tələbata uyğun olaraq taksilərin gətirilməsi planlaşdırılır.

Mənbə: Milli.Az

12 iyun 2014
GO BACK