Artıq bu gecə bütün dünyanın həyəcanla gözlədiyi dünya çempionatı başlayır. Milli.Az həm bu zamana kimi keçirilmiş dünya çempionatları haqqında maraqlı məlumatlar, həm də bu gecə start götürəcək çempionat haqqında məqamları sizə təqdim
edir.
DÇ 2014" təqvim
Sayca 20-ci olacaq mundiala Braziliya - Xorvatiya matçı ilə start veriləcək.
Həmin görüş Bakı vaxtı ilə gecə saat 01:00-da (Braziliya vaxtı ilə 12 iyun, saat 17:00-da) başlayacaq.
Qeyd edək ki, dünya çempionatının oyunlarının başlama saatı Bakı vaxtı ilə göstərilib.
Dünya çempionatının təqvimini diqqətinizə çatdırırıq:
13 İYUN (Braziliya vaxtı ilə 12 iyun)
A qrupu
01:00. Braziliya - Xorvatiya
21:00. Meksika - Kamerun
14 İYUN
B qrupu
00:00. İspaniya - Hollandiya
03:00. Çili - Avstraliya
C qrupu
21:00. Kolumbiya - Yunanıstan
15 İYUN
D qrupu
00:00. Uruqvay - Kosta-Rika
03:00 İngiltərə - İtaliya
C qrupu
06:00. Kot-d`İvuar - Yaponiya
E qrupu
21:00. İsveçrə - Ekvador
16 İYUN
E qrupu
00:00. Fransa - Honduras
F qrupu
03:00. Argentina - Bosniya və Herseqovina
G qrupu
21:00. Almaniya - Portuqaliya
17 İYUN
F qrupu
00:00. İran - Nigeriya
G qrupu
3:00. Qana - ABŞ
H qrupu
21:00. Belçika - Əlcəzair
18 İYUN
A qrupu
00:00. Braziliya - Meksika
H qrupu
03:00. Rusiya - Cənubi Koreya
B qrupu
21:00. Avstraliya - Hollandiya
19 İYUN
B qrupu
00:00. İspaniya - Çili
A qrupu
03:00. Kamerun - Xorvatiya
C qrupu
21:00. Kolumbiya - Kot-d`İvuar
20 İYUN
D qrupu
00:00. Uruqvay - İngiltərə
C qrupu
03:00. Yaponiya - Yunanıstan
D qrupu
21:00. İtaliya - Kosta-Rika
21 İYUN
E qrupu
00:00. İsveçrə - Fransa
E qrupu
03:00. Honduras - Ekvador
F qrupu
21:00. Argentina - İran
22 İYUN
G qrupu
00:00. Almaniya - Qana
F qrupu
03:00. Nigeriya - Bosniya və Herseqovina
H qrupu
21:00. Belçika - Rusiya
23 İYUN
H qrupu
00:00. Cənubi Koreya - Əlcəzair
G qrupu
03:00. ABŞ - Portuqaliya
B qrupu
21:00. Avstraliya - İspaniya
21:00. Hollandiya - Çili
24 İYUN
A qrupu
01:00. Kamerun - Braziliya
01:00. Xorvatiya - Meksika
D qrupu
21:00. Kosta-Rika - İngiltərə
21:00. İtaliya - Uruqvay
25 İYUN
C qrupu
01:00. Yunanıstan - Kot-d`İvuar
01:00. Yaponiya - Kolumbiya
F qrupu
21:00. Bosniya və Herseqovina - İran
21:00. Nigeriya - Argentina
26 İYUN
E qrupu
01:00. Ekvador - Fransa
01:00. Honduras - İsveçrə
G qrupu
21:00. Portuqaliya - Qana
21:00. ABŞ - Almaniya
27 İYUN
H qrupu
01:00. Əlcəzair - Rusiya
01:00. Cənubi Koreya - Belçika
1/8 final
28 İYUN
1. 21:00. A1 - B2
29 İYUN
2. 01:00. C1 - D2
3. 21:00. B1 - A2
30 İYUN
4. 01:00. D1 - C2
5. 21:00. E1 - F2
1 İYUL
6. 01:00. G1 - H2
7. 21:00. F1 - E2
2 İYUL
8. 01:00. H1 - G2
1/4 final
5 İYUL
I. 01:00. 1-in qalibi ilə 2-nin qalibi
II. 21:00. 5-in qalibi ilə 6-nın qalibi
6 İYUL
III. 01:00. 3-cü cütün qalibi ilə 4-cü cütün qalibi
IV. 21:00. 7-ci cütün qalibi ilə 8-ci cütün qalibi
Yarımfinal
9 İYUL
01:00. I cütün qalibi ilə II cütün qalibi
10 İYUL
01:00. III cütün qalibi ilə IV cütün qalibi
3-cü yer uğrunda oyun
13 iyul, saat 01:00.
Final
14 iyul, saat 00:00
Dünya çempionatının tarixi
Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.
Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda – dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına "itələmədilər". Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədi ilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.
Dünya çempionatlarının rekordları
Ən böyük hesablı qələbələr
1954-cü il. Macarıstan – Cənubi Koreya – 9:0, 1974-cü il. Yuqoslaviya – Zair – 9:0, 1982-ci il: Macarıstan – Salvador – 10:1
Ən erkən qolun müəllifi
Hakan Şükür: 2002-ci il. Türkiyə - Cənubi Koreya – 3:2 (11-ci saniyə)
Ən çox iştirak edən futbolçu
Antonio Karvaxal (Meksika, 1950-1966), Lotar Matteus (Almaniya, 1982-1998) – hərəsi 5 dəfə
Ən çox oyun keçirən futbolçu
Lotar Matteus – 25 oyun
Ən çox qol vuran
Ronaldo (Braziliya, 1998-2006) – 15 qol
Bir turnirdə ən çox qol vuran
Jüst Fonten (Fransa, 1958-ci il) – 13 qol
Bir oyunda ən çox qol vuran
Oleq Salenko (Rusiya, 5 qol). 1994-cü il. Rusiya – Kamerun – 6:1
Ən gənc futbolçu
Pele (Braziliya), 17 yaş 249 gün. "Futbol Kralı" bu yaşda qol vurmaqla da rekordçudur.
Ən yaşlı futbolçu
Roje Milla (Kamerun), 42 yaş 39 gün. O, bu yaşda qol vurmaqla həm də ən "qoca bombardirdir".
Futbolçu kimi ən çox dünya çempionu
Pele (Braziliya), 3 qat dünya çempionu (1958, 1962, 1970)
Futbolçu və məşqçi kimi ən çox dünya çempionu
Mario Zaqallo (Braziliya), 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş, 2002-ci ildə ikinci məşqçi kimi
Tam medal komplektinə (qızıl, gümüş, bürünc) sahib olanlar
Frans Bekkenbauer, Hörst-Diter Hettqes, Volfqanq Overat (hamısı Almaniya)
Ən çox iştirak edən yığma
Braziliya – 19 dəfə (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)
Ən çox uduzan yığma
Meksika – 21 dəfə
Finalda ən çox oynayan yığma
Braziliya və Almaniya – hər ikisi 7 dəfə (ümumilikdə 92 oyun). Bunun 5-də qalib gələn braziliyalılar ən çox dünya çempionudurlar. Pentakampeonlar final mərhələsində (62), bir turnirdə qələbə (7), qələbə (2002-06, 11 oyun) və məğlubiyyətsiz (1958-66, 13 oyun) seriyasına görə rekordçudur.
Ən çox oyun keçirən məşqçi
Helmut Şön (Almaniya, 1966-78) – 25 oyun. O, eyni zamanda ən çox qalib gələn məşqçidir (16 dəfə)
Baş məşqçi kimi ən çox dünya çempionu olan
Vittorio Pottso (İtaliya, 1934 və 1938) – 2 dəfə
Ən çox oyun idarə edən hakim
Jozel Kinyo (Fransa, 1986-1994) – 8 dəfə
Ən erkən sarı vərəqə
Campyero Marini (İtaliya) DÇ-82-də Polşa, Sergey Qorlukoviç (SSRİ) DÇ-1994-də İsveçlə görüş, hər ikisi oyun başlamamış
Ən erkən qırmızı vərəqə
Xose Batista (Uruqvay) DÇ-86-da Şotlandiya ilə oyun, 56-cı saniyə
Ən çox sarı və qırmızı vərəqə olan mundial
DÇ-2006 - 56 oyunda 310 sarı, 25 qırmızı. Bir oyunda ən çox sarı və qırmızı vərəqə də həmin mundialda olub. Belə ki, rusiyalı hakim Valentin İvanov Portuqaliya – Hollandiya görüşündə hər komandaya 2 olmaqla 4 qırmızı vərəqə göstərib. O, portuqaliyalı futbolçulara 9 sarı vərəqə verib.
Mənbə: Milli.Az